Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi

3 Oktyabr 2019 16:46 (UTC+04:00)

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü final görüşünü keçirib.

Mövqe.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə növbəti oyununu keçirib. Gərgin qarşılaşma 31-ci gedişdə heç-heçə ilə nəticələnib. Ümumi hesabda (2:2) qalib müəyyənləşməyib. Ona görə sabah "tay-breyk" oynanılacaq.

Qeyd edək ki, Rəcəbov Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötəbər yarışın finalına qədər irəliləyə bilməyib.