Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

4 Oktyabr 2019 16:24 (UTC+04:00)

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, azarkeşlər tərəfindən aparılan səsvermədə bu ada Bayern Münich-in futbolçusu Serj Qnabri layiq görülüb.

24 yaşlı yarımmüdafiəçi qrup mərhələsinin II turunda İngiltərədə Tottenham-lə matçda 4 qol vuraraq pokerə imza atıb.

Xatırladaq ki, qarşılaşma Bayern-in 7:2 hesablı qələbəsi ilə bitib.