"Stresdən hər gün 1 kiloqram arıqlayırdım" - Könül Kərimova

5 Oktyabr 2019 23:30 (UTC+04:00)

Əməkdar artist Könül Kərimova "Maşın" şouya tamaşaçı qismində qatılıb.

Mövqe.az axşam.az-a istinadən xəbər verir ki, şounun qaliblərindən olan müğənni yaşadığı stresli günləri belə xatırlayıb:

"O vaxt necə həyəcan keçirirdim. 18 gün maşın ətrafında dayanmışdım. Burada olan hadisələrə görə stres keçirirdim. O stresdən hər gün 1 kiloqram çəki atırdım".