Qaxda güclü partlayış - 5 nəfər xəsarət aldı, 1-nin vəziyyəti ağırdır

8 Oktyabr 2019 12:13 (UTC+04:00)

Qax rayonunda partlayış baş verib.

Mövqe.az-ın məlumatına görə, partlayış rayon mərkəzində qeydə alınıb. Hadisədə 5 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Xəstəxanaya çatıdırlıblar.

Onlar 1993-cü il təvəllüdlü Zeynalaşvili Cemali Rato oğlu, 1955-ci il təvəllüdlü Zeynalaşvilli Rato Sard oğlu, 2004-cü il təvəllüdlü Sataşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Sataşvilli Nizavi Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğludur.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, Sataşvilli Nizavi Zaza oğlunun vəziyyəti ağırdır.