Məşhur qapıçı karyerasını bitirdi

8 Oktyabr 2019 13:33 (UTC+04:00)

ABŞ millisinin sabiq qapıçısı Tim Hovard karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bunu 40 yaşlı qolkiper özü açıqlayıb.

Son olaraq Colorado Rapids-in formasını geyinən Hovard artıq futboldan getmək qərarına gəldiyini söyləyib.

Qeyd edək ki, Tim Hovard karyerası ərzində Manchester United və Everton kimi klublarda çıxış edib. O, ABŞ yığmasında 120-dən çox oyuna çıxıb.