“Azərsu”: Gün ərzində Binəqədi və Abşeron rayonlarının bir hissəsində suyun verilişində məhdudiyyətlər aradan qaldırılacaq

8 Oktyabr 2019 13:40 (UTC+04:00)

“Azərsu” ASC gün ərzində Binəqədi və Abşeron rayonlarının bir hissəsində suyun verilişində yaradılmış məhdudiyyətləri aradan qaldıracaq”.

Bunu “Report”a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

O vurğulayıb ki, “Azərsu” ASC tərəfindən Ceyranbatan qəsəbəsində yeni çəkilmiş su borusunun magistral xəttə birləşdirilməsi istiqamətində iş aparılıb və borularda olan su boşaldılıb: “Bununla yanaşı təmir-bərpa işləri ilə əlaqədar olaraq Binəqədi və Abşeron rayonlarının bir hissəsində suyun verilişi dayandırılıb. Lakin artıq təmir-bərpa işləri yekunlaşıb və yaxın saatlarda suyun verilişi bərpa ediləcək”.