Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən spirtli içkilər aşkarlanıb

8 Oktyabr 2019 14:00 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedez Benz Viano" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda - qapı örtüyünün iç hissəsindən üzərində "Çistıe Rosı" yazılan 11 ədəd 700 ml-lik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.