Gəncədə ər arvadının boğazını kəsdi

8 Oktyabr 2019 14:25 (UTC+04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Mövqe.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, əri bıçaqla onun boğazını kəsib.
Xəstəxanaya yerləşdirilən N.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.