Sumqayıtda yolu keçən piyadanı maşın vurdu, xəstəxanada öldü

8 Oktyabr 2019 22:31 (UTC+04:00)

Sumqayıt şəhərinin Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, oktyabrın 7-də saat 20 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində şəhər sakini Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yavər Əmiraslanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.