U-19 AÇ-nin seçmə mərhələsində ilk oyununu keçirəcək

9 Oktyabr 2019 11:37 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının (AÇ) seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Mövqe.az-ın məlumatına görə, Frydek-Mistek şəhərindəki Stovky stadionunda saat 17:00-da komandamız Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyunu Xorvatiya və Çexiyadan olan hakimlər idarə edəcək.