Bayılda moped işıq dirəyinə çırpıldı - Ölən var

9 Oktyabr 2019 14:48 (UTC+04:00)

Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.aza-a verilən məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.