Baş prokurorun diplomu saxta çıxdı, ara qarışdı - Parlamnet istefasını tələb edir

9 Oktyabr 2019 14:59 (UTC+04:00)

Gürcüstan parlamenti baş prokuror Şalva Tadumadzenin istefasını tələb edir.

Mövqe.az xəbər verir ki, onun ali təhsil almasını təsdiq edən sənədi saxta çıxıb.

Belə ki, Ş.Tadumadzenin diplomunda Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunduğu yazılıb. Halbuki İnstitut 1994-cü ildə təsis edilib.

Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.

Qeyd edək ki, Ş.Tadumadze bu vəzifəyə 2018-ci ildə gəlib.