Pərviz Şahbazov Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib

9 Oktyabr 2019 17:58 (UTC+04:00)

Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi barədə Rusiyanın təklifi nəzərdən keçirilir, amma bununla bağlı konkret bir şey demək hələlik mümkün deyil.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.

Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçov Rusiyanın Azərbaycana AES tikməyi təklif etdiyini demişdi. O əlavə etmişdi ki, Rusiya Azərbaycanda güclü stansiya tikməyi təklif edir.