Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş?

9 Oktyabr 2019 22:15 (UTC+04:00)
Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub. Trend-in məlumatına görə, hadisə avqustun 30-da 2 saylı Vərəm Əleyhinə Dispanserdə baş verib. Avqustun 27-də kəskin ağ ciyər xəstəsi olan şəxsiyyəti məlum olmayan kişi küçədən Təcili Tibbi Yardım Briqadası ilə dispanserə gətirilib. Aparılan müalicələrə baxmayaraq həmin şəxs avqustun 30-da xəstəxanada dünyasını dəyişib. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin 1970-ci il təvəllüdlü Hümmətov Məhəbbət Əjdər oğlu olduğu müəyyən edilib. Meyit mərhumun yaxınlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.