Каdr islahatları inkişaf tempini sürətləndirəcək

10 Oktyabr 2019 08:31 (UTC+04:00)

Azərbaycan hökumətinин başçısı dəyişdi. Bu, bəzi ekspertlərin dediyi kimi, qəfil, gözlənilmədən baş verdi. Lakin əslində məsələnin mahiyyəti bir qədər fərqlidir. Azərbaycan indi beynəlxalq aləmdə islahatlar ölkəsi kimi tanınır. Bu imicin ən bariz qollarından biri struktur islahatlarının ardıcıl və sürətlə davam etməsidir. Sürət və çeviklik bu siyasətin mühüm elementlərindəndir. Buna görə də “qəfil” baş verənlər əslində tələskənlik yox, çevik düşünülmüş addım anlamında səciyyələnməlidir. Struktur islahatlarının “canı” isə kadrların yerləşdirilməsinin optimallaşdırılmasını tələb edir.

Novruz Məmmədovun istefasında gözlənilməzlikdən çox, zərurilik ehtiyacı var. Çünki, N.Məmmədov ixtisasca dilçidir və  uzun illərdir ki, siyasətlə məşğuldur. Biz onun siyasi şərhlərini, beynəlxalq məsələlər barədə açıqlamalarını həmişə maraqla oxumuşuq. Həm də bu şərhlər və açıqlamalar qatı siyasi çalarların obrazlı ifadə edilməsi və hədəfə düzgün vurması ilə seçilib. Üstəlik, Novruz Məmmədov dövlət başçılarının yüksək səviyyəli təkbətək görüşlərində tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Demək, bu adam peşəkar və təcrübəli siyasətçidir. Məsələnin belə qoyuluşu ilk anda müəyyən suallar da doğura bilər. Məsələn, belə olan halda il yarım əvvəl Novruz Məmmədovun baş nazir təyin edilməsinə nə lüzum vardı, deyə soruşula bilər. İş burasındadır ki, Nazirlər Kabinetinə uzun illər ərzində iqtisadiyyatçı Artur Rasizadənin başçılıq etməsi stereotipləşmiş bir mexanizm yaratmışdı. Bu mexanizmin yenidən qurularaq çevik prosesə cəlb edilməsi təsərrüfatçılıqdan daha çox siyasətcillik tələb edirdi. Prezident İlham Əliyevin komandasının etibarlı və təcrübəli üzvü kimi Novruz Məmmədovun Baş Nazir vəzifəsinə təqdim edilməsi və təsdiqi böyük ehtimalla bu amildən irəli gəlib. İl yarım ərzində planlaşdırılmış işlər görülüb, ölkənin baş naziri səlajiyyətləri çərçivəsində sərbəst şəkildə müəyyən qərarların verilməsi prosedurunu müəyyənləşdirib və missiyasını başa çatdırıb. Bundan sonrakı mərhələ ölkədə yaradılmış əlverişli biznes mühitindən istifadə edərək iqtisadi məsələlərin həllini yüksəltməkdir. Bu işin aparıcı kadrları isə iqtisadiyyatçılardır. Novruz Məmmədovun məhz iqtisadçı Əli Əsədovla əvəzlənməsi qanunauyğun və məntiqidir. Həm də maraqlıdır ki, Novruz Məmmədovun özü bə dəyişiklikdə maraqlıdır. Çünki, o, dövlətçiliyə xidmət edib və edir. Təbii ki, ümumi işin irəliləməsi hər bir vicdanlı kadrın arzusu və şərəfidir.   Prezident İlham Əliyev 2018-ci ildə prezident seçildikdən sonra inauqrasiya mərasimində bildirmişdi ki, qarşıdan gələn illər ərzində biznes mühitinin yaxşılaşdırılması sahəsində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək, bu sahədə tam şəffalığa nail olmaq, bütün mənfi hallara son qoymaq üçün tədbirlər görüləcək.

Belə ciddi iqtisadi tədbirlərin həyata keçirilməsinə təcrübəli iqtisadçının rəhbərlik etməsi zəruri məsələdir. Çünki, iqtisadi islahatları xarakterinə görə yerinə yetirmək, ümumi daxili məhsulun artım templərinin yüksəldilməsinə nail olmaq, iqtisadi siyasətin effektivliyinin artırılmasına səbəb olan layihələr hazırlamaq üçün iqtisadi biliklərin olması vacibdir. Odur ki, siyasi nailiyyətlərlə iqtisadi uğurlar ümumi işə fayda versə də, əslində fərqli səciyyə daşıyır və “səhv düşməsin yerimiz” kəlamı baş verən baş nazir dəyişikliyinin məqsədini aydın nümayiş etdirir.

Bu işdə əsas hədəf cari məsələlərə və mövcud vəziyyətə, real zamanın tələblərinə adekvat olmaqdır. Baş Nazir daha çevik fəaliyyət göstərməklə islahatların gedişinə böyük təkan verməlidir.

Müasir, yeni intellektual texnologiyalar əsasında inkişaf edən Azərbaycan iqtisadiyyatı yeni yanaşma tərzi, yeni düşüncə, zəngin təcrübə tələb edir. Bu baxımdan Prezident İlham Əliyevin apardığı islahatların əsasında baş verən kadr dəyişiklikləri sahəsində ixtisaslı kadrlara üstünlük verilməsi dövlətçilik ənənələrinin inkişafı və yeni nəsilə ötürülməsi baxımdan çox əhəmiyyətlidir.

N.NOVRUZ