Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub

10 Oktyabr 2019 12:35 (UTC+04:00)

Bakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə magistral yolun Sumqayıt şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili, qarşıda gedən "MAN" markalı yük maşınına arxadan çırpılıb. 

Qəza zamanı minik maşınında ola bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və Anası 1966-cı il yəvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.