Diqqət! Bu yolda təmir işləri aparılacaq

10 Oktyabr 2019 16:40 (UTC+04:00)

Bu gün Neftçilər prospektində yol ayrıcında yerləşdirilmiş beton maneələrin kənarlaşdırılması, kənarlaşdırılan hissədə asfalt-beton örtüyünün bərpası işləri aparılır.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.