Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

12 Oktyabr 2019 23:15 (UTC+04:00)

Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çöl Beşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "KamAZ" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.