Barcelona Suaresin əvəzləyicisini 5 futbolçu arasından seçəcək

13 Oktyabr 2019 12:30 (UTC+04:00)

Barcelona klubu Luis Suaresə əvəzləyici axtarır.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisində mövsümün sonunda komandadan ayrılacağı gözlənilən hücumçunun mövqeyinə 5 namizəd müəyyənləşib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, Barcelona-nın Suaresin mövqeyi üçün əsas namizədlərinin İnter-dən Lautaro Martines, Tottenham-dən Harri Keyn, PSG-dən Kilian Mbappe, Liverpool-dan Roberto Firmino və Manchester United-dən Markus Reşford olduğu bildirilir.

2014-cü ildən Barcelona-da forma geyinən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.