Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb

13 Oktyabr 2019 18:15 (UTC+04:00)

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəzada xəsarət alan sürücü, Kürdəmir rayon sakini 1984 cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.