“Azəriqaz” yenilənən sayğacların sayını açıqlayıb

14 Oktyabr 2019 15:25 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edilməsi prosesini davam etdirir.

“Azəriqaz”dan Mövqe.az-a verilən məlumata görə, bu ilin 9 ayı ərzində, ümumilikdə, 182 471 sayğac yenisi ilə əvəzlənib. Bunun 90 846-sı istismar müddəti başa çatmış, 91 625-i digər səbəblərdən (müdaxilə, sərfiyyatı qeyd etməməsi və s.) əvəz edilmiş sayğaclardır.

Sentyabr ayı ərzində isə 24 154 sayğac yenisi ilə dəyişdirilib.