Bakının mərkəzində aksiya oldu: Hollandiyalı hakimə görə - VİDEO

14 Oktyabr 2019 15:47 (UTC+04:00)

Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Hollandiya səfirliyinin önündə etiraz aksiyası keçirib.
 
AZXEBER.COM xəbər verir ki, buna səbəb dünən baş tutan Macarıstan - Azərbaycan futbol matçında oyunun bəş həkimi Hiqlerin kobud səhvi olub.
 
Səfirlik önünə toplaşan azarkeşlər hollandiyalı referinin cəzalanmasını tələb ediblər. 
 
Onlar ingiliscə şüarlar səsləndirib, plakatlar qaldırıblar.
 Pankartlarda "Xalımızı geri qaytar", "Futbol siyasət deyil", "Qolu vermədiyiniz üçün, "çox sağ ol", "Niderland pendirinə hə, niderland hakiminə yox", "Ədalətsiz qərar" yazılıb.

 Aksiyadan videonu təqdim edirik: