Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib

14 Oktyabr 2019 16:35 (UTC+04:00)

Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib.

Dava klubdakı müştəri oğlan üstündə olub.

Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.