Bakıda itkin düşən iki nəfərdən XƏBƏR VAR

15 Oktyabr 2019 09:53 (UTC+04:00)
Bakıda itkin düşən iki şəxsin ölkə xaricinə getdikləri müəyyən olunub. Bir müddət əvvəl Sabunçu rayon sakini R.Hacıyevin və Xətai rayon sakini T.Əhmədovun yaxınları onların itkin düşməsi barədə hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən aparılan araşdırma zamanı həmin şəxslərin müxtəlif tarixlərdə Gürcüstana getmələri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.