Azərbaycanlı müğənni doğulmamış övladını həmkarına hədiyyə etdi - VİDEO

15 Oktyabr 2019 11:20 (UTC+04:00)

Müğənni Dəniz Firudinqızı doğulmamış körpəsini həmkarı Mənzurə Musayevaya hədiyyə edib.
Mövqe.az baku.ws-ə istinadən xəbər verir ki, sənətçilər bu barədə Xəzər TV-nin "Hər şey daxil” proqramının canlı efirində razılığa gəliblər. 

Hamiləliyin 3-cü ayında olan Dəniz dünyaya gələcək övladını Mənzurəyə verəcəyini bildirib:
"Qızım olsa özümə saxlayacam. Oğlum olsa, onu Mənzurə xanıma hədiyyə edəcəm. Reklam arası danışdıq, razılaşdıq. Mənzurə xanımı çox sevirəm".
Mənzurə xanım hədiyyəni qəbul etməyə razı olduğunu deyib: "Ürəkdən verir də, qəbul edirəm. Özü də gəlib baxacaq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm”, - deyə müğənni qeyd edib.