Anar Ağakişiyev da ölkəni tərk edir: “Bitdi” - VİDEO - FOTO

15 Oktyabr 2019 22:30 (UTC+04:00)

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi dünyaca məşhur top stilist Anar Ağakişiyev olub.

Milli.Az bildirir ki, Türkiyədən yenicə qayıdan stilist yaxın zamanda ölkədən köçəcəyini deyib:

"Türk mediası məni çox gözəl qarşıladı. Aparıcılar deyir ki, Demet Akalını hələ belə makiyaj edən olmamışdı. Onu Cennifet Lopezlə müqayisə etdilər. Bu, o deməkdir ki, 80 milyonluq ölkədə mənim kimi biri yoxdur. Demet Akalın konsertində məni ayağa qaldırıb təşəkkür etdi. Hər şey elə bil yuxu kimi idi. Ondan sonra başqa ulduzlardan da mənə təkliflər gəldi. Az qalıb, bir aydan sonra İstanbula köçməliyəm. Məcburam. Qərarı mən verməliyəm. Hələ düşünürəm. Fikirləşirdim ki, gedib-gələrəm. Amma yoruluram".

Anar Ağakişiyev artıq yerli məşhurları makiyaj etməyəcəyini də açıqlayıb:

"Bizim şou-biznesdə mənə qarşı inanılmaz dərəcədə paxıllıq hissi var. Axı mən sizə nə etmişəm?! Sizsiniz mənim ideyamı istifadə edən. Amma belə şeylər məni daha da ruhlandırır. Artıq yerli şou-biznesdən heç kimi makiyaj etməyəcəm, bitdi. Mən həmin Anaram ki, zamanında mənə kapriz edirdilər. Daha istəmirəm".