Pambıqyığan kombayn qaz xəttini zədələyib

15 Oktyabr 2019 16:33 (UTC+04:00)

Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.

Bu barədə Mövqe.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib.

Nəlumata görə, hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.