Azərbaycanlı gənclər Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirirlər - FOTO

15 Oktyabr 2019 16:42 (UTC+04:00)

Azərbaycanlı gənclər Tbilisidə, Türkiyənin Gürcüstandakı səfirliyinin binası qarşısında dəstək aksiyası keçirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, bir qrup gəncin qatıldığı aksiyada Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına dəstək ifadə olunur.

Əllərində Türkiyə, Azərbaycan və Gürcüstanın bayraqları olan aksiya iştirakçıları “Bir millət - iki dövlət”, "Türk türkə dayaqdır!", "Türk əsgəri, daima səninləyik!" və digər şüarlar səsləndirirlər.