Sumqayıtda piyadanı vurub öldürən sürücü axtarışa verilib

15 Oktyabr 2019 23:04 (UTC+04:00)

Oktyabrın 14-də saat 20 radələrində Sumqayıt şəhərinin Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.