3 ay öncə itkin düşən tapıldı

16 Oktyabr 2019 10:14 (UTC+04:00)
Bakıda üç ay əvvəl itkin düşən kişi tapılıb. İyulun 13-də İ.Qələmov adlı şəxs paytaxtın Qaradağ rayonunda yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tapılıb. Faktla bağlı araşdırma aparılır.(Report)