Texnologiya Universitetinin 70 tələbəsi zəhərləndi

16 Oktyabr 2019 11:45 (UTC+04:00)

İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.

Mövqe.az-ın məlumatına görə, bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.

P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.

Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.