Sumqayıtda Lənkəran sakinləri narkotiklə tutuldu

16 Oktyabr 2019 11:25 (UTC+04:00)

Sumqayıtda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar - M.Cəfərov və Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.