12 oktyabr tarixində Ağstafada baş verən dəhşətli qəzanın baş vermə anı ortaya çıxıb.

16 Oktyabr 2019 15:06 (UTC+04:00)
 

Mövqe.az  xəbər verir ki, kadrlardan göründüyü kimi mikroavtobus qarşısına çıxan yük maşını ilə toqquşmamaq üçün yoldan kənara çıxıb və nəticədə aşıb. 

Hadisə zamanı xəsarət alanların adlarını APA-ya istinadla təqdim edirik: 

Mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəlüdlü Quliyeva Pərvanə Cümşüd qızı, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusuf oğlu, 1956-cı il təvəllüdlü Babayeva Gülüruf Teymur qızı, 2003-cü il təvəllüdlü Oruclu Zöhrəbəyim Akif qızı, 1986-cı il təvəllüdlü Orucova Tamella Arif qızı, 2003-cü il təvəllüdlü Kərimov Rəşid, 1984-cü il təvəllüdlü Muğalova Gülarə Afad qızı, 1992-ci il təvəllüdlü Göycəliyeva Pərvin Hidayət qızı, 2003-cü il təvəllüdlü Cəlilova Zülfiyyə Əsgər qızı.