Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar xilas edildi

16 Oktyabr 2019 21:35 (UTC+04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Mövqe.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib.

Uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.