SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi

16 Oktyabr 2019 23:00 (UTC+04:00)

Filippin adalarında zəlzələ olub.

Mövqe.az xəbər verir ki, Bulatukan şəhərinin 7 km yaxınlığında 6,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin xəbərinə görə, yerli vaxtla 19:37-də baş verən zəlzələnin episentri yerin 40 km dərinliyində olub.

Zəlzələdən sonra Sakit Okean Sunami Mərkəzi sunami xəbərdarlığı edib. Xəbərdarlıq daha sonra ləvğ olunub.