Betonqarışdıran avtomobil qaz xəttinə dəydi - 70 ev qazsız qaldı (FOTO)

16 Oktyabr 2019 23:25 (UTC+04:00)

Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.

“Azəriqaz” İstehsalat Birliyindən Mövqe.az-a verilən məlumata görə, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb. 70-ə yaxın evin qaz təchizatının dayandırıldığı bildirilir.

Birlikdən verilən məlumata görə, artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.