BP-nin vitse-prezidenti neft-qaz sahəsində rəqəmsallaşmanın vacibliyi barədə

16 Oktyabr 2019 18:50 (UTC+04:00)

Rəqəmsallaşma prosesi neft hasilatında səciyyəvi çağırışlara vaxtında reaksiya göstərmək üçün vacibdir.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Con Stefonson Bakı keçirilən Xəzər Texniki Konfransı zamanı deyib.

O bildirib ki, neft-qaz sahəsində rəqəmsallaşmanın transformasiyasından istifadə 1,6 trilyon dolların əldə olunması üçün potensialdır:

""Şahdəniz" yatağında kompleks işlər zamanı düzgün idarəetmə üsullarından istifadə olunacaq. Qarşımıza çıxan logistik çətinliklərin qarşısı yeni texnoloji proseslərdən istifadə olunmaqla alınacaq”.