Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

17 Oktyabr 2019 10:48 (UTC+04:00)

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.

Mövqe.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.