Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi

18 Oktyabr 2019 13:44 (UTC+04:00)

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Dövlət Müstəqilliyi Günü ilə bağlı Azərbaycanı təbrik edib.

Mövqe.az-ın məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində qeyd edib.

Nazir yazıb: “Mən qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.