ADAU-nun aqronomluq fakültəsində Dövlət müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir

18 Oktyabr 2019 14:13 (UTC+04:00)

18 oktyabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  aqronomluq fakültəsində Dövlət müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə Azərbaycan dövlətinin himni ilə başlanmış fakültənin dekanı, dosent Məhərrəm İsmayılov müstəqilliyimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin xalqımıza etdiyi əvəzsiz xidmətini və ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu işlərdən söhbət açmış, "müstəqilliyimiz , varlığımız, gələcəyimiz xaqımızın əbədi yaşayış tərzidir" mövzusunda çıxış etmişdir.
Sonra fakültənin ixtisasları üzrə təşkil edilmiş komandalar arasında müstəqillik gününə həsr edilmiş intelektual yarışma başlanmışdır. On iki komanda arasında müstəqilliyimizə həsr edilmiş bilik yarışmasında “bitki mühafizəsi” ixtisasının “Qızılgül” komandası birinci yerə, “aqronomluq” ixtisasının (azərbaycan bölməsi) “Azadlıq ” komandası ikinci yerə , “aqronomluq” ixtisasının (rus bölməsi) “Beşinci element” komandası üçüncü yerə layiq görülmüş, komandanın üzvləri qiymətli hədiyyələrlə və fəxri fərmanlarla təltif edilmişdirlər.
Yarışın gedişində musiqi fasiləsi elan edilmiş , tələbələr müstəqiliyimizin uğurlarına həsr edilmiş şeir, mahnı və müxtəlif kampazisiyalar ilə çıxış etmişdirlər.
ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov tədbirdə iştirak etmiş, Azərbaycan xalqını Dövlət müstəqilliyi günü münasibətilə təbrik etmişdir.
                                                                     

Əlihüseyn Şükürov