Narkotikdən istifadə edən futbolçu 2 illik cəzalandı

18 Oktyabr 2019 22:24 (UTC+04:00)

Braziliyanın Sao Paulo komandasının futbolçusu Qonsalo Karneyro narkotikdən istifadəyə görə 2 il müddətinə diskvalifikasiya olunub.

Goal.az “Globo Esporte” portalına istinadən xəbər verir ki, bu barədə qərar Braziliyanın idman-antidopinq məhkəməsi tərəfindən qəbul olunub. Cəza müddəti 16 mart 2019-cu il tarixindən hesablanacaq.

24 yaşlı uruqvaylı hücumçunun vəkili Biçaru Netu cəzanın çox ağır olduğunu və qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.