Bakıda parkda 50 yaşlı kişinin meyiti tapıldı

18 Oktyabr 2019 16:16 (UTC+04:00)

Bakıda küçədən meyit tapılıb.

Trend-in məlumatına görə, Nizami rayonu, R.Rüstəmov küçəsi 13 saylı ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının qarşısındakı yaşıllıqda təxminən 45-50 yaşlı kişinin meyiti aşkarlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirərkən onun əynindəki pencəyin cibindən bir ədəd boş şpris və siqaret kötüyü, meyitin baş və kürək nayihələrində sıyrıq izləri aşkar edilib.

Meyti müayinə edilib və həmin xəsarətlərin ölümlə əlaqəsi olmaması aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.