Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı

18 Oktyabr 2019 23:00 (UTC+04:00)

Binəqədi rayonu ərazisindəki 3 evdən 3 mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən 3 mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini İ.Rəşidov saxlanılıb.