Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi

19 Oktyabr 2019 14:52 (UTC+04:00)

Gəncə şəhərində azyaşlı oğlan kimyəvi maddə içib.

Trend-in məlumatına görə, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan "ACE" adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib.

Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.

 
 

Faktla bağlı araşdırma başlanıb.