Turistlər övladlarını qatarda unutdu

19 Oktyabr 2019 23:36 (UTC+04:00)

İtaliyanın Florensiya şəhərində çinli turistlər övladlarını qatarda unudub.

Trend-in məlumatına görə, valideynlər uşağın qatarı tərk etdiyini düşünüb, onu vağzalda axtarmağa başlayıblar.

Beş yaşlı oğlan isə Romaya gedən qatarda qalıb. Bələdçi Romanın dəmiryol vağzalında onu polisə təhvil verib. Bir neçə saatdan sonra uşaq Florensiyaya gətirilib.