BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb

20 Oktyabr 2019 09:00 (UTC+04:00)

19 oktyabr, metronun «28 May» stansiyasının önündə keçirilən mitinqə cəhdin qarşısı alınarkən polis tərəfindən saxlanılmış həmin qanunsuz aksiyanın iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olmuşdur.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə istinadən verdiyi məlumata görə, o, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərmiş və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət almışdır.

Əli Kərimli Daxili İşlər Nazirliyinin Hospitalına aparılmış, orada ona tibbi yardım göstərilmiş və izahatı alındıqdan sonra buraxılmışdır.