Sumqayıtda evdə 44 yaşlı kişinin meyiti tapıldı

20 Oktyabr 2019 12:17 (UTC+04:00)

Sumqayıt sakini yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.

Unikal.org xəbər verir  ki, hadisə şəhərin Ceyranbatan bağlarında qeydə alınıb.

Fərdi yaşayış evinə baxış zamanı orada meyit aşkar olunub. Həmin şəxsin 1975-ci il təvəllüdlü Adıgözəlov Elmar Xəlil oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.