Astara sakini ağacdan yıxılaraq xəsarət alıb

20 Oktyabr 2019 14:30 (UTC+04:00)

Astara sakini qoz ağacından yıxılaraq xəsarət alıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Astara rayon Pəlikeş kənd sakini, 1988-ci il təvəllüdlü Mehman Mirzə oğlu Qasımov həyətində qoz yığarkən ağacdan yıxılıb.

Xəsarət alan M.Qasımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin diaqnostik müayinələr zamanı onun kəllə-beyin travması, boyun fəqərələrinin zədələnməsi, hər iki qol və əl sümüklərində sınıqlarqeydə alınıb. Daxili orqanlarının zədələnib-zədələnmədiyini dəqiqləşdirmək üçün müayinə aparılır.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir.