Oğuzda 58 yaşlı kişi meşə ərazisində ağac kəsərkən ölüb

20 Oktyabr 2019 16:29 (UTC+04:00)

Oğuzda 58 yaşlı kişi meşə ərazisində ağac kəsərkən ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Xal-Xal kəndinin meşəlik ərazisində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev ağac kəsərkən hələ ki bilinməyən səbəbdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.