Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı

20 Oktyabr 2019 20:24 (UTC+04:00)

Barcelona-nın futbolçusu Lionel Messi karyerasını hansı klubda başa vuracağı ilə bağlı fikrini dəyişib.

Goal.az xəbər verir ki, argentinalı hücumçu “Metro FM 95.1” radiosunun efirində oyunçu kimi çıxışını hazırda kapitanı olduğu Kataloniya komandasının heyətində sonlandırmağı düşündüyünü söyləyib. 32 yaşlı kapitan Barcelona ilə yeni müqavilə məsələsini yaxınlarda müzakirə etdiklərini bildirib: “Sözləşmənin məni oynamaq məcburiyyətində qoymasını istəmirəm. Çünki özümü necə hiss edəcəyimi bilmirəm. Özümü yaxşı fiziki formada hiss edənə qədər çıxış etmək istəyirəm. Amma aydındır ki, karyeramın sonuna qədər Barcelona-da qalacağam”.

Qeyd edək ki, Messi daha öncə Barcelona-ya qədər vətənində uşaq yaşlarında futbol oynadığı Newels Old Boys-a dönmək arzusunu dilə gətirərək, karyerasının sonlarında mütləq bir müddət doğma klubunda çıxış edəcəyini bildirmişdi.